×
A
A
A
Sazlamalar

Bakıda mənzildə bağlı qapı arxasında köməksiz qalan uşaqlar xilas edilib

Bakı, 11 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqlar xilas olunub.

Cəmiyyət 2024-04-11 20:54:00