Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən iki nəfəri polis saxlayıb
Bakı, 11 aprel, AZƏRTAC
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar.
Müvafiq qərarla Cəsarət Cavadov 30 sutka inzibati qaydada həbs edilib.
Rövşən Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.
“Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”.-deyə məlumatda bildirilir.
Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir
Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb
Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb