×
A
A
A
Sazlamalar

Polis əməkdaşları Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində xidmət edəcəklər

Bakı, 9 aprel, AZƏRTAC

Ramazan bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
“Kütləvi tədbirlərin, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq. Artıq bu gündən respublika əhəmiyyətli avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları profilaktik-maarifləndirmə tədbirlərinə başlayıblar.
Bir daha bütün vətəndaşları, o cümlədən bölgələrə səfərə çıxmağa hazırlaşan hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunur.

 

 

 

Cəmiyyət 2024-04-09 19:49:00