×
A
A
A
Sazlamalar

DİN: Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxslər saxlanılıb

Bakı, 9 aprel, AZƏRTAC

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, 2003-cü il təvəllüdlü, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə saxlanılıblar.
Müvafiq qərarla Ə.Məhərrəmov 20, M.Mirələmzadə 30 sutka inzibati qaydada həbs edilib.
DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.



 

Cəmiyyət 2024-04-09 19:38:00