×
A
A
A
Sazlamalar

FHN: Novxanıda qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib VİDEO

Bakı, 9 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili ilə “Hyundaı” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. “Kia” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Allahverdiyev Mübariz Nizami oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Cəmiyyət 2024-04-09 19:32:00

Video