×
A
A
A
Sazlamalar

Azərbaycanla Tacikistan arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 9 aprel, AZƏRTAC

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri İlxom Abduraxmon ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

 

Cəmiyyət 2024-04-09 19:12:00