×
A
A
A
Sazlamalar

Tərtərdə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Tərtər, 9 aprel, AZƏRTAC

Tərtər rayonunda şəhid ailələrinin üzvləri və qazilər üçün iftar süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb.
Çıxışlarda 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanlar heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
İftar süfrəsində şəhid valideynləri, qazilər çıxış edərək onlara göstərilən diqqət və qayğıdan razılıqlarını, rastlaşdıqları problemlərin yerində həll olunduğunu bildirib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Regionlar 2024-04-09 17:43:00