×
A
A
A
Sazlamalar

Bu il muxtar respublikada smartkart tipli 113 sayğac quraşdırılıb

Naxçıvan, 9 aprel, AZƏRTAC

Cari ilin birinci rübündə Naxçıvan, Babək, Şərur və Culfa şəhərlərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkart tipli sayğacların quraşdırılması işləri davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ildə muxtar respublika üzrə smartkart tipli 113 sayğac quraşdırılıb. Bununla da bu tip sayğacların sayı 32 min 276-ya çatdırılıb. Naxçıvan Muxtar Respublikasında aprelin 1-dək bütün növ elektrik sayğaclarının sayı isə 98 min 781 ədəd olub.

 

Regionlar 2024-04-09 13:40:00