×
A
A
A
Sazlamalar

Sumqayıt teatrı yeni tamaşa təqdim edib

Sumqayıt, 9 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşa təqdim edib. Gənc rejissor Ümid Abbas dünyaşöhrətli yazıçı S.Mrojekin “Mühacirlər” əsəri əsasında “-1” tamaşasını ərsəyə gətirib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Musiqi Kollecinin tələbələri teatrın foyesində qonaqları musiqi çələngi ilə qarşılayıblar.
Anşlaqla keçən premyeraya şəhərin ziyalıları, şair və yazıçılar, media nümayəndələri tamaşa ediblər.
Tamaşanın musiqi tərtibatı İbrahim Əliyevə, bədii tərtibatı Nizami Dadaşova məxsusdur. Mühacir taleyinə həsr olunan tamaşadakı obrazları aktyorlar Elay Xasıyev və Kamran Muradlı canlandırıblar.

Regionlar 2024-04-09 12:58:00