×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşlarla görüşəcək

Bakı, 9 aprel, AZƏRTAC

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov aprelin 18-də, saat 10:00-da Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olan məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinə (070-202-42-19) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 

Regionlar 2024-04-09 12:39:00