Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edəcək
Bakı, 9 aprel, AZƏRTAC
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov aprelin 16-da, saat 10:00-da Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olan məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (010-311-47-47) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO