×
A
A
A
Sazlamalar

Şəmkirdə usta işlədiyi evdə ölüb

Şəmkir, 9 aprel, AZƏRTAC

Şəmkirdə usta işlədiyi evdə ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən ikimərtəbəli evin damında işləyən 1954-cü il təvəllüdlü Azər Heydərovun naməlum səbəbdən öldüyü bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, A.Heydərov ürək tutmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.

 

Regionlar 2024-04-09 11:07:00