×
A
A
A
Sazlamalar

Övladlarına toy etmək üçün Lənkərana gəldilər, meyitləri tapıldı

Lənkəran, 9 aprel, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın qaldıqları evdə meyitləri aşkarlanıb.
Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir.
Bu səhər hazırlıq işləri görmək üçün yaxınları onlara gedib və meyitlərini aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-04-09 10:47:00