×
A
A
A
Sazlamalar

Keçmişin Günəş tutulmaları – nə vaxt və harada

Bakı, 8 aprel, AZƏRTAC

AZƏRTAC “The Atlantic” saytına istinadla keçmişdəki Günəş tutulmalarının nadir fotolarını təqdim edir.

 

 

 

 

 

 

 26 yanvar 2009-cu il. Filippinin Manila körfəzində qismən günəş tutulmasının ecazkar mənzərəsi.

8 aprel 1921-ci il. Paris sakinləri günəş tutulmasını izləyərkən.

20 mart 2015-ci il. Tam Günəş tutulması, Svalbard, Norveç.

21 avqust 2017-ci il. İnsanlar İllinoys ştatının Karbondeyl şəhərində Cənubi İllinoys Universitetinin kampusunda yerləşən Saluki Stadionunda günəş tutulmasını izləyirlər.

25 oktyabr 2022-ci il. Bu fotoşəkil İstanbulda günəş tutulması zamanı çəkilib.

14 oktyabr 2023-cü il. Həlqəvi tutulma zamanı peykdən çəkilmiş görüntü.


21 avqust 2017-ci il. “Jennings School District”in tələbələri Sent-Luisdə günəş tutulmasına baxırlar.

10 iyun 2021-ci il. Nyu-Yorkda həlqəvi tutulma Azadlıq heykəlinin yanından belə görünür.

 21 avqust 2017-ci il. Bu fotoşəkil Oklahoma şəhərində qismən günəş tutulması zamanı çəkilib.

26 dekabr 2019-cu il. Bəhreynin Manama şəhərində qismən günəş tutulması.

21 avqust 2017-ci il. Günəş tutulmasının süzgəc dəliklərindən görünüşü.

2 iyul 2019-cu il. Tam Günəş tutulması Çilinin La Serena hava limanı üzərindən belə görünür.

Dünya 2024-04-08 17:40:00