Rumıniyada NATO-nun hərbi-dəniz təlimi başlayıb
Bakı, 8 aprel, AZƏRTAC
Rumıniyada NATO-nun “Sea Shield 24” (Dəniz qalxanı- 2024) hərbi-dəniz təliminə start verilib.
AZƏRTAC xəbər verir ki, təlimlərdə Rumıniyadan başqa, alyansa üzv dövlətlər və onların tərəfdaşlarından ibarət 12 ölkə - Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Fransa və Türkiyə iştirak edir.
Aprelin 21-də başa çatacaq manevrlərə 2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika, o cümlədən 27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 nəqliyyat vasitəsi və kater cəlb olunub.
“Sea Shield 24” Rumıniyanın təşəbbüslərini və maraqlarını regional və beynəlxalq miqyasda irəli sürməyə, həmçinin iştirakçı ölkələrin hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmağa kömək edir”, - deyə Rumıniya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək