×
A
A
A
Sazlamalar

Qarşıdakı iki ildə Azərbaycanda DİM-lərin icrasına 38 milyon dollardan çox vəsait xərclənəcək

Bakı, 8 aprel, AZƏRTAC

“2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin ümumilikdə büdcəsi təxminən 192 milyon dollar təşkil edir. Bu dövrə qədər 80 faizi icra olunub, növbəti iki il ərzində yerdə qalan vəsaitin müxtəlif BMT agentlikləri vasitəsilə akkumulyasiya olunması və layihələrə cəlb olunması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.
O bildirib ki, çərçivə sənədinin builki iclası xüsusi əhəmiyyət daşıyır: “Çünki bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası tərəfindən elan olunan 3 prioritet istiqamət var. Bura iqlim maliyyəsinin gücləndirilməsi, vəsaitlərdən istifadə və investisiyaların azaldılması üzrə hesablamalarda şəffaflığın təmini, investisiyaların azaldılması üzrə hər bir ölkəyə qoyulmuş öhdəliklərin müzakirəsi daxildir”.

İqtisadiyyat 2024-04-08 16:06:00