×
A
A
A
Sazlamalar

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Tbilisi, 4 May, AZƏRTAC

Asiya İnkişaf Bankı (AİB) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinin baş direktoru Yevgeni Jukov brifinq zamanı deyib.
Bildirilib ki, məktubda AİB-in COP29-un keçirilməsində Azərbaycana hər cür dəstək verməyə hazır olduğu qeyd olunub.
“AİB Prezident İlham Əliyevə COP29-a dəstək təklif edən məktub yazıb. Biz artıq COP29 danışıqlarının uğurlu aparılması üçün hökumətin potensialının artırılması istiqamətində texniki yardım təşəbbüsü göstərmişik”, - deyə Yevgeni Jukov vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İqtisadiyyat 2024-05-04 16:11:00