×
A
A
A
Sazlamalar

Hesablama Palatası “Bakı Metropoliteni”ndə dövlət borcunun maliyyə auditini həyata keçirəcək

Bakı, 8 aprel, AZƏRTAC

Cari ildə “Bakı Metropoliteni” QSC-nin, büdcədən kənar fondların, dövlət borcunun auditini həyata keçirməyi planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuat konfransında çıxışı zamanı deyib.
Sədr əlavə edib ki, 2023-cü ilin dövlət büdcənin icrasına dair hesabat təqribən may ayının ortalarına təqdim ediləcək.
V.Gülməmmədov bildirib ki, cari ildə 45 audit həyata keçirməyi planlaşdırırlar.

İqtisadiyyat 2024-04-08 16:00:00