Ərdoğanla Putin arasında görüşün vaxtı hələ müəyyənləşməyib
Bakı, 8 aprel, AZƏRTAC
Türkiyə və Rusiya prezidentləri arasında görüşün vaxtı hələ müəyyən edilməyib.
AZƏRTAC xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“İki ölkə arasında ən yüksək səviyyədə təmaslar hazırlanır. Onların vaxtı hələ müəyyən edilməsə də, yaxın gələcəkdə baş tutacağı gözlənilir”, - deyə Dimitri Peskov bildirib.
Kreml nümayəndəsi Rusiyadan bank köçürmələri ilə bağlı yaranan çətin vəziyyət fonunda türkiyəli həmkarı ilə görüşlərin təşkil edilib-edilmədiyi ilə bağlı suala cavabında deyib: “Bu vəziyyətdən çıxış yolu tapmaq üçün daim işçi səviyyəsində təmaslar aparılır. Mövcud problemlərin nədən qaynaqlandığı göz qabağındadır. Bu, hər iki tərəfin iqtisadiyyatına ciddi ziyan vurur”.
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstələyib
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü