×
A
A
A
Sazlamalar

Britaniyada maşinistlər dörd gündə üçüncü dəfə tətil edirlər

London, 8 aprel, AZƏRTAC

Bu gün Böyük Britaniyanın ən işlək dəmir yolu marşrutlarından bəzilərində qatar sürücüləri tətil edirlər. Bu, son dörd gündə üçüncü tətil aksiyasıdır.
AZƏRTAC xəbər verir ki, qatar sürücülərinin tətilinə onların iki ildir hökumət ilə maaşlarla bağlı razılığa gələ bilməmələri səbəb olub. Maşinistlər maaşlarının illik 60 min funt sterlinqdən 65 min funt sterlinqə qaldırılmasını tələb edirlər.
“Gatwick Express”, “Greater Anglia”, “Southeastern, Southern”, “South Western Railway”, “Great Northern, “Thameslink” tətil edən qatar firmaları arasındadır.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2024-04-08 15:08:00