×
A
A
A
Sazlamalar

Avropa seçkiləri: Fransa Milli Birlik Partiyası 30 faiz dəstəklə öndədir

Paris, 8 aprel, AZƏRTAC

Avropa seçkilərinə iki ay qalmış Elabe tədqiqat və sosioloji tədqiqat mərkəzi fransızlar arasında sorğu keçirib.
AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə görə, seçici siyahısında qeydə alınmış fransızların 40 faizi səsvermədə iştirak edəcəyini, yalnız 14 faizi isə buna ciddi baxdığını deyib. Marin Lö Penin Milli Birlik Partiyasının (RN) seçicilərinin 61 faizinin, Emmanuel Makronun Renaissance Partiyasının isə 59 faiz seçicisinin səfərbər olduğu bildirilir. Qeyd edilir ki, RN respondentlərin 30 faizi, hakim partiya isə 16,5 faizi tərəfindən dəstəklənir.
İyun ayında Avropa seçkilərində Milli Birlik Partiyası Marin Lö Penin seçicilərinin kütləvi dəstəyindən faydalanacaq.
Seçicilərin 60 faizi seçimində qəti olduğunu bildirsə də, 40 faizi seçkiyə qədər fikrini dəyişə biləcəyini deyib. RN bu baxımdan da öndədir – fikrində qəti olanlar 79 faizə çatır.
Fransızların yarıdan çoxu Avropa seçkiləri ilə maraqlanmır - 49 faizə qarşı 51 faiz. Seçkilərə maraq 65 və yuxarı yaşda olanlar arasında 57 faiz, rəhbər işçilər və kişilər arasında isə 55 faiz təşkil edir.

 

Dünya 2024-04-08 14:27:00