×
A
A
A
Sazlamalar

Nazirlik rəsmisi: Azad edilmiş ərazilərdə DİM fəaliyyətinin genişləndirilməsinə ehtiyac var

Bakı, 8 aprel, AZƏRTAC

Mikro, kiçik və orta sahibkarların ÜDM-də payının 35 faizə çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.
O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fəaliyyətinin genişləndirilməsinə ehtiyac var.
“BMT layihələri təkcə paytaxtı deyil regionları da əhatə etməlidir. Burada xüsusilə diqqət Qarabağ və Şərqi Zəngəzura yönləndirilməlidir. Reinteqrasiya prosesini nəzərə alaraq işğaldan azad edilmiş ərazilərdə inklüziv artımın təmin edilməsi, sosial institutların gücləndirilməsi, əhalinin təminat və səhiyyə xidmətlərinə çıxışının artırılması kimi layihələr növbəti mərhələdə daha çox dəstəklənəcək”, - deyə o qeyd edib.

İqtisadiyyat 2024-04-08 14:12:00