×
A
A
A
Sazlamalar

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşlarla görüşəcək

Bakı, 8 aprel, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aprelin 18-də saat 09.30-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Ağdaş, Göyçay, Yevlax və Qəbələ rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda aprel ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

İqtisadiyyat 2024-04-08 14:02:00