×
A
A
A
Sazlamalar

Parisdə tələbələr yataqxanalardan çıxarılır

Bakı, 7 aprel, AZƏRTAC

Parisdə tələbələr yataqxanaları boşaltmaq tələbinə qarşı etiraz aksiyası keçiriblər.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, tələbələrdən yaxın 3 ay ərzində yataqxanalardan çıxmaq tələb edilir. Narazı tələbələr İdman Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar yataqxananı boşaltmaq müqabilində veriləcək 100 avro və bir pulsuz biletin heç bir problemi həll etmədiyini bildiriblər.
Tələbələrin yerləşdirilməsi ilə məşğul olan CROUS təşkilatının 12 yataqxanasının Paris 2024 Olimpiya Oyunları müddətində boşaldılması tələb edilib. Təşkilat komitəsi boşaldılan yataqxanalarda müvəqqəti olaraq yanğınsöndürən, polis və tibb personalını yerləşdirmək istəyir.

Dünya 2024-04-07 00:55:00