×
A
A
A
Sazlamalar

BMT rəsmisi: Azərbaycana qlobal səviyyədə yüksək dəstək göstəririk

Bakı, 8 aprel, AZƏRTAC

İqlim təmizliyi istiqamətində sərmayələrin və vəsaitlərin cəlb olunması bizim əsas hədəfimizə çevrilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin ölkə üzrə Rezident Əlaqələndiricisi Vladanka Andreeva “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.
O vurğulayıb ki, cari il artıq ciddi planlarla doludur.
“Biz istərdik ki, iqlimlə bağlı tədbirlərimiz daha ciddi olsun. 126 fərqli layihə vasitəsilə bu il fəaliyyətimizi daha irəli aparmağı planlaşdırırıq. Bildiyimiz kimi, Azərbaycan bu il COP29-a ev sahibliyi edir və 197 ölkə burada toplanacaq. Biz Azərbaycana iqlim dəyişikliyi ilə mübarizə sahəsində dəstək olmaq üçün buradayıq və bir çox sahədə dəstək olacağıq. Qlobal səviyyədə yüksək dəstək göstəririk. Həmçinin bununla bağlı qlobal işçi qrup da yaradılıb”, - deyə Vladanka Andreeva diqqətə çatdırıb.

İqtisadiyyat 2024-04-08 12:10:00