AZAL Bakıdan Buxarestə müntəzəm uçuşlara başlayır
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə — bazar ertəsi və cümə axşamları həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, AZAL-ın Buxarestə reyslərinin açılması Azərbaycan və Rumıniya arasında əlaqələrin inkişafına, həmçinin turizm, mədəniyyət və biznes imkanlarının genişlənməsinə töhfə verəcək.
Buxarest Rumıniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, ölkənin mühüm iqtisadi və mədəni mərkəzidir, eyni zamanda, Cənub-Şərqi Avropanın maraqlı şəhərlərindən biridir.
Qeyd edək ki, yaxın gələcəkdə “Azərbaycan Hava Yolları” aviaşirkəti Şərqi Avropanın daha bir böyük şəhərinə — Bolqarıstanın paytaxtı Sofiyaya uçuşları bərpa etməyi planlaşdırır. Bu istiqamətdə də reyslər həftədə iki dəfə yerinə yetiriləcək.
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar
Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ