Türkiyə ötən il səhiyyə turizmindən 2,3 milyard dollar gəlir götürüb
İstanbul, 8 aprel, Günel Karatepe, AZƏRTAC
Türkiyə səhiyyə turizmi sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş akkreditasiyaya malik 40 səhiyyə müəssisəsi ilə dünyada yeddinci yerdədir. Ölkə ötən il bu sahədən 2,3 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi açıqlama yayıb.
Nazirliyin məlumatına görə, səhiyyə turizmi ilə bağlı Türkiyəyə ən çox müraciət edən ölkələr Azərbaycan da daxil olmaqla, Almaniya, Böyük Britaniya, Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Ötən il bu sahə üzrə ölkəyə 1,4 milyon turist gəlib.
Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb
Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib
Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları
Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb
Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq