×
A
A
A
Sazlamalar

Ermənistan XİN binası qarşısında etiraz aksiyası keçirilir

Tbilisi, 8 aprel, AZƏRTAC

Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları ölkədəki siyasi məhbusların azad olunmasını tələb edirlər. Onlar, həmçinin İrəvanda səfərdə olan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçdən Ermənistanda siyasi məhbuslar məsələsi ilə bağlı AŞPA-da dinləmələr keçirməyi tələb etmək niyyətindədir.
Qeyd edək ki, Mariya Peyçinoviç Buriç Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-04-08 12:42:00