×
A
A
A
Sazlamalar

Hesablama Palatası: 9 nəzarət tədbiri üzrə müvafiq materiallar Baş Prokurorluğa və DTX-yə göndərilib

Bakı, 8 aprel, AZƏRTAC

Doqquz nəzarət tədbiri üzrə müvafiq materiallar Baş Prokurorluğa və Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2023-cü il üçün fəaliyyəti üzrə illik hesabatında yer alıb.
Bildirilir ki, həmin qurumların arasında Kino Agentliyi, Mədəni İrsin Qorunması və Bərpası üzrə Dövlət Xidməti, Sumqayıt Tibb Mərkəzi, Bakı Nəqliyyat Agentliyi və s. yer alıb.
Həmçinin qeyd olunur ki, əvvəlki illərdə maliyyə hesabatlarının auditi nəticəsində aşkarlanmış 564,5 milyon manat əhəmiyyətli təhriflərin 254,7 milyon manatı üzrə müvafiq düzəlişlər edilib.

İqtisadiyyat 2024-04-08 11:58:00