×
A
A
A
Sazlamalar

Vüqar Gülməmmədov: Hesabat ilində Naxçıvanda 120 milyon manat məbləğində pozuntu aşkar edilib

Bakı, 8 aprel, AZƏRTAC

Hesablama Palatası hesabat ilində Naxçıvanda 6 uyğunluq auditi həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan Hesablama Palatasının 2023-cü il üzrə fəaliyyəti haqqında hesabat təqdim edərkən səsləndirib.
O diqqətə çatdırıb ki, Naxçıvanda aparılan audit yoxlamalarının nəticələrinə əsasən, pozuntuların məbləği 120 milyon manatdan çoxdur. Pozuntular əsasən əməkhaqqının ödənilməsi ilə bağlıdır.

İqtisadiyyat 2024-04-08 12:02:00