×
A
A
A
Sazlamalar

İsveç parlamentinə gender kimliyi haqqında qanun layihəsi təqdim edilib

Stokholm, 6 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç parlamentinin (Riksdaq) sosial məsələlər Komitəsi əhali reyestrində cinsiyyətin dəyişdirilməsini asanlaşdıran gender kimliyi haqqında qanun layihəsi təqdim edib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Tidö partiyasında tərəflər arasında fikir ayrılığına səbəb olub.
Təklifə əsasən, cinsiyyətin təyin edilməsi qanununu əvəz edəcək iki yeni qanun layihələrindən biri cinsiyyətin dəyişdirilməsi əməliyyatını, digəri isə qanuni cinsiyyətin müəyyən edilməsini tənzimləyir. Qanuni cinsiyyətini dəyişmək istəyən şəxs 16 yaşdan yuxarı, İsveçdə qeydiyyatda olan və ya İsveç vətəndaşı olmalıdır. Bununla yanaşı, 18 yaşına çatmayan şəxs qəyyumunun icazəsini almalıdır. Əhali reyestrində cinsiyyətin dəyişdirilməsi üçün gender disforiyası diaqnozu və cinsiyyətin dəyişdirilməsi əməliyyatına Milli Səhiyyə və Rifah Şurasının təsdiqi tələb edilməyəcək. Bunun üçün həkim və ya psixoloqdan qanuni cinsiyyətin nəzərdə tutulan cinsi kimliyə uyğun gəlmədiyi barədə arayış almaq kifayətdir.
İsveç Demokratları və Xristian Demokratlar qanun layihəsinə qarşı çıxıblar.
Riksdaqda səsvermənin aprelin 17-də keçiriləcəyi gözlənilir.

 

Dünya 2024-04-06 12:39:00