×
A
A
A
Sazlamalar

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

İstanbul, 6 may, Günel Karatepe, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri həmin terrorçuları İraqın Hakurk, Metina və Gara bölgələrində aşkarlayaraq zərərsizləşdirib. Onların arasında PKK-nın qondarma liderləri də var.
Bu istiqamətdə daha bir əməliyyat Suriyanın şimalında icra olunub. Türkiyə Silahlı Qüvvələri tərəfindən “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları bölgəsində aşkarlanan yeddi terrorçu zərərsizləşdirilib.

Dünya 2024-05-06 19:07:00