×
A
A
A
Sazlamalar

Slovakiyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

Bakı, 6 aprel, AZƏRTAC

Slovakiyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb.
AZƏRTAC xəbər verir ki, ümumilikdə, 5,5 milyon əhalisi olan respublikanın 4,3 milyona yaxın sakini səsvermə hüququna malikdir. Seçicilər yaxın beş ildə ölkəyə kimin rəhbərlik edəcəyini müəyyənləşdirməlidirlər.
Slovakiya parlamentinin spikeri, “Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini və keçmiş xarici işlər naziri İvan Korçok ikinci tura keçiblər. Onların 7 rəqibi martın 23-də keçirilən səsvermənin ilk turunda mübarizədən kənarda qalıblar.

Dünya 2024-04-06 09:44:00