×
A
A
A
Sazlamalar

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Bakı, 6 may, AZƏRTAC

Fələstinin HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə onların Qəzza zolağında atəşkəsin yaradılmasına dair təklif etdikləri saziş layihəsini bəyəndikləri barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, müvafiq bəyanat hərəkatın rəsmi teleqram kanalında dərc olunub.
“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb və hərəkat təklif etdikləri atəşkəs sazişi layihəsini təsdiqləmişdi”, - sənəddə deyilir.

Dünya 2024-05-06 21:01:00