×
A
A
A
Sazlamalar

Seneqalda yeni hökumət formalaşıb

Bakı, 6 aprel, AZƏRTAC

Seneqalda 25 nazir və 5 dövlət katibinin daxil olduğu yeni hökumət formalaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Seneqal Mətbuat Agentliyi məlumat yayıb.
İnteqrasiya və xarici işlər naziri vəzifəsini hökumətdəki 4 qadından biri olan Yasin Fal tutub. General Biram Diop müdafiə naziri, Jan-Batist Tin daxili işlər naziri, Usman Dian isə ədliyyə naziri olub.
İqtisadiyyat, planlaşdırma və əməkdaşlıq naziri vəzifəsinə Əbdürrəhman Sarr, balıqçılıq, dənizçilik və liman infrastrukturu naziri vəzifəsinə Fatu Diuf, energetika, neft və mədən sənayesi naziri vəzifəsinə Biram Suley Diop təyin olunub.
Aprelin 2-də Seneqal Prezidenti Bassiru Diomaye Faye Baş nazir vəzifəsinə Usmane Sonkonu təyin edib.

Dünya 2024-04-06 08:02:00