×
A
A
A
Sazlamalar

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

Moskva, 6 may, AZƏRTAC

Qeyri-strateji nüvə silahı ilə keçiriləcək təlimlər Qərbin Ukraynaya qoşun göndərməyə hazır olması bəyanatları ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, söhbət Fransa Prezidenti Makronun, Böyük Britaniya və ABŞ nümayəndələrinin bəyanatlarından gedir. Onlar Ukraynaya hərbi kontingent göndərmək niyyətlərini ifadə ediblər. “Yəni,
NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyirlər”, -deyə Peskov bildirib.
Onun sözlərinə görə, bu, gərginliyin artırılmasının yeni mərhələsidir və indiyədək görünməmiş xüsusi diqqət və əlahiddə tədbirlər tələb edir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

 

Dünya 2024-05-06 14:19:00