×
A
A
A
Sazlamalar

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Bakı, 6 may, AZƏRTAC

Pakistan bu gündən etibarən meşə sahəsini artırmaq və hava çirklənməsinə qarşı mübarizə məqsədilə müxtəlif rayonlarda ağacəkmə kampaniyasına başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Plant for Pakistan” kimi tanınan aksiya ölkədə ağacların əkilməsi üçün ayrılmış torpaq sahələrinin bərpası, iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq və biomüxtəlifliyin qorunmasını təşviq etmək kimi məqsədlərə yönəlib.
Nazirlik qeyd edib ki, kampaniya 2026-cı ilə qədər davam edəcək və onun əhatə dairəsi digər rayonlara da yayılacaq. Aksiyanın əyalət hökumətləri, korporativ sektor, gənclər və sadə insanlar tərəfindən dəstəklənəcəyi bildirilir.
Layihənin nəinki çirklənmənin azaldılmasına kömək edəcəyi, həm də torpaq sahiblərinə və fermerlərə fayda gətirməklə yanaşı, ölkədə ağac emalı sənayesinin inkişafına müsbət təsir göstərəcəyi gözlənilir.

Dünya 2024-05-06 15:03:00