×
A
A
A
Sazlamalar

“Basically Homeless”in blogeri dünyada ən kiçik monitoru olan konsol düzəldib

Bakı, 6 aprel, AZƏRTAC

“Basically Homeless” populyar yutub kanalının blogeri dünyada ən kiçik ekranı olan bənzərsiz konsol düzəltdiyini bildirib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, "Tiny Steam Deck" təxminən 6 millimetr enində, 640x480 piksel ekranla təchiz olunub.
“Tiny Steam Deck” əyləncə üçün yaradılmış eksperimental layihədir. Buna baxmayaraq, “Raspberry Pi RP2040”ın istifadəsi platformanın potensialını və çevikliyini, həmçinin retro oyun və əl oyun sistemlərini sevənlər üçün tək lövhəli kompüter imkanlarını bir daha göstərir. Yenilikçi olmasına baxmayaraq, belə cihazın praktik tətbiqi kiçik ekranı olduğuna görə məhduddur.

Dünya 2024-04-06 06:55:00