Fransada antisemitizm hadisələri 4 dəfə artıb
Bakı, 7 may, AZƏRTAC
Fransada antisemitizm hadisələrinin sayı cari ilin birinci rübündə artıb.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Qabriel Attal Fransa Yəhudi Təşkilatları Şurasının iclasında deyib.
"Bu ilin ilk üç ayında Fransada 366 antisemitizm hadisəsi qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur", - deyə Baş nazir vurğulayıb.
Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, Fransada yəhudilər əhalinin təxminən 1 faizini təşkil edir, lakin dini dözümsüzlük hallarının 60 faizi antisemitizm aktlarıdır.
Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb
Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib
Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil