×
A
A
A
Sazlamalar

Kosmik teleskopun fəaliyyəti bərpa olunub

Bakı, 6 aprel, AZƏRTAC

Avropa Kosmik Agentliyinin Evklid (Euclid) kosmik teleskopunun işi bərpa edilib.
AZƏRTAC xəbər verir ki, cihazın güzgüsü donduğu üçün heç bir müşahidə aparmaq mümkün deyildi. Yerdən 1,5 milyon kilometr məsafədə yerləşən teleskopun donunun açılması üçün xüsusi əməliyyat keçirilib. Qabaq linza 34 dərəcə Selsi qızdırıldıqdan sonra buzlaşma aradan qalxıb, teleskop fəaliyyətini bərpa edib.
Bütün sistem qızdırılmadığı üçün kalibrləməyə ehtiyac olmayıb. Əks halda teleskopu təkrar işə salmaq üçün azı bir ay vaxt lazım gələcəkdi.

Dünya 2024-04-06 05:37:00