×
A
A
A
Sazlamalar

Nazir müavini Həsən Həsənli Biləsuvarda vətəndaşları qəbul edib

Bakı, 5 aprel, AZƏRTAC

Aprelin 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Biləsuvar rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Biləsuvar rayon sakinlərinin iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub.
Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Elm və təhsil 2024-04-05 19:14:00