Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib
Gəncə, 6 may, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün fənn olimpiadası təşkil edilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan olimpiada Azərbaycan dili və Ədəbiyyat fənni üzrə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, olimpiadada Gəncə şəhərinin 40, Samux və Göygöl rayonlarının 30-a yaxın orta məktəbindən 300 şagird iştirak edib. Olimpiadanın sonunda şagirdlərə universitetdə tədris olunan ixtisaslar, fakültələr, GDU-nun beynəlxalq əlaqələri, Tələbə Evi haqqında ətraflı məlumat verilib. Universitetin fəaliyyətinə dair məlumat kitabçası paylanılıb.
Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub
VI sinif şagirdləri üçün monitorinq keçirilir
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb