×
A
A
A
Sazlamalar

Bu il yeni nəsil kassa aparatları vasitəsilə dövriyyə 5 milyard manatı ötüb

Bakı, 5 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkə ərazisində 97 min 192 ədəd belə NKA quraşdırılıb.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Cari ilin yanvar-mart ayları ərzində onlayn kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 5,3 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.

İqtisadiyyat 2024-04-05 16:11:00