Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
Bakı, 5 aprel, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, mütəmadi olaraq Türk dünyasının yeni nəsil yazarlarını əhatə edən layihələr həyata keçirən DGTYB-nin təşkilatçılığı ilə baş tutacaq foruma Türk ölkə və topluluqlarından nümayəndələr qatılacaq.
Layihə rəhbəri şair-publisist İntiqam Yaşar olan forumda yeni nəsil Azərbaycan yazarları və qonaq qismində qatılacaq qardaş xalqları təmsil edən yeni nəsil yazarlar arasında müxtəlif mövzularda panel müzakirələr, birgə əməkdaşlıq və s. məsələlər ətrafında diskussiyalar təşkil olunacaq.
Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub
Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib
Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib