×
A
A
A
Sazlamalar

“Azəriqaz”: Cari ilin birinci rübündə daxil olan müraciətlərin sayı azalıb

Bakı, 5 aprel, AZƏRTAC

Cari ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə (İB) 81 min 330 müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 19 min 829 müraciət azdır. Müraciətlər isə əsasən təzyiq, qaz təchizatı və qaz sızmaları ilə bağlıdır.
Şöbə rəisi bildirib ki, hesabat dövrü ərzində qaz təchizatı ilə bağlı müraciətlərdə 3653 azalma qeydə alınıb.
“Statistikaya baxdıqda müraciətlərin sayında azalma görürük. Fasiləsiz quruculuq və maarifləndirmə işləri aparıldığı üçün qaz təchizatı, təzyiq və sayğacların istismarı ilə bağlı problemlər azalıb”, - deyə X.Şimşək diqqətə çatdırıb.

İqtisadiyyat 2024-04-05 11:56:00