×
A
A
A
Sazlamalar

Bu il Azərbaycanda 40 suölçən cihaz quraşdırılacaq

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin su ehtiyatlarının qiymətləndirilməsi istiqamətində yeni elektron xəritə hazırlanıb. Bu xəritədə lazım olan bütün detallar öz əksini tapıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov “İqlim dəyişikliyinə kosmosdan baxış” rəqəmsal platformasının ictimaiyyətə təqdimatı zamanı deyib.
Ə.Şirinov bildirib ki, son iki ildə ölkədə 150 suölçən cihaz quraşdırılıb və cari ildə də 40 belə cihazın quraşdırılması nəzərdə tutulub.

 

İqtisadiyyat 2024-04-05 11:48:00