×
A
A
A
Sazlamalar

“Azərkosmos”un sədri: “Climate Change from Space” platforması üçün əsas informasiya mənbəyi “Azersky-2” peyki olub

Bakı, 5 aprel, AZƏRTAC

Bu gün hər kəs artıq iqlim dəyişikliyinin şahidi olur. Bunun üçün Xəzərin sahilinə getmək kifayət edir. Kosmik texnologiyalar iqlim dəyişikliyinin monitorinqinin ən mühüm vasitələrindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində çıxışı zamanı Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
“Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı elektron platforma, “Climate Change from Space” istifadəyə verilib. Yeni platforma iki dildə olmaqla 5 bölmədən ibarətdir. Platformada göstərilən məlumatlar iqlim dəyişikliyi barədə məlumatlılıq səviyyəsinin artmasına töhfə verəcək. Yeni platformada 5 istiqamət üzrə 19 layihə öz əksini tapıb. Burada 21 milyon kvadratmetr ərazinin son 30 ildə plan hesabatı artıq kosmik texnologiyalar vasitəsilə əldə olunub. Burada, həmçinin su anbarlarının monitorinqi öz əksini tapıb. Qeyd etmək istəyirəm ki, elektron platforma üçün əsas informasiya mənbəyi “Azersky-2” peyki olub”, - deyə S.Əsədov əlavə edib.

İqtisadiyyat 2024-04-05 11:19:00