Prezident İlham Əliyev: Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib.
“Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib
Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar