×
A
A
A
Sazlamalar

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Bakı, 7 may, AZƏRTAC

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbri ziyarət edib.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.
Baş nazir Anıtqəbrin Xatirə kitabına ürək sözlərini yazıb.

Siyasət 2024-05-07 17:29:00