Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər azalıb
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən aprelin 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 78,5 milyon dollar gəlir əldə edib.
AZƏRTAC Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 dəfə azalıb.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 8,1 dəfə azalaraq 15,7 milyon dollar təşkil edib.
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb